Hər yaşda pulu idarəetməyin üsulu
21 oktyabr 2025 14:06 (UTC +04:00)

Hər yaşda pulu idarəetməyin üsulu

0

Maliyyə həyatı insanla birlikdə dəyişir, hər onillikdə ehtiyaclar mürəkkəbləşir, yanaşma isə buna uyğun inkişaf etməlidir. Şəxsi maliyyə üzrə ekspertlər həyatın hər mərhələsi üçün ən səmərəli addımları açıqlayıblar.

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir..

20 yaşlarda - borclardan uzaq durmaq və kapital toplamağa başlamaq

Mütəxəssislər erkən yaşlardan büdcə tərtib etməyi, qənaət etməyi və investisiyaya başlamağı tövsiyə edirlər. Əgər iş yeriniz pensiya fondu və ya məcburi yığım üçün əlavə ödəniş təklif edirsə, bundan mütləq yararlanın, bu dövrdə mürəkkəb faizlərin təsiri ən güclü olur. Gəlirinizin müəyyən hissəsini avtomatik olaraq ayrıca hesaba köçürmək, “öncə özünüzə ödəmək” prinsipi kimi qəbul edilir.

30 yaşlarda - investisiyaları şaxələndirmək və gəliri artırmaq

Bu yaşda artıq maliyyə məhsullarına dair anlayış daha formalaşmış olur. Ekspertlər investisiya portfelini müxtəlifləşdirməyi, yüksək faizli borclardan qaçmağı, fövqəladə xərclər üçün ehtiyat fondu yaratmağı və karyera inkişafına diqqət ayırmağı məsləhət görürlər. Gəlirin artması ilə xərcləri eyni nisbətdə artırmaqdan çəkinmək, əlavə vəsaiti investisiyaya yönəltmək vacibdir.

40 yaşlarda -- ailənin və gələcəyin maliyyə təhlükəsizliyi

Bu mərhələdə həyat sığortası və uzunmüddətli qayğı sığortası haqqında düşünmək tövsiyə olunur, xüsusilə ailəli və öhdəlikləri olan şəxslər üçün. Bu, gələcəkdə yaxınlara düşəcək maliyyə yükünü azalda bilər.

50 yaşlarda - pensiya planlarının real qiymətləndirilməsi

Uşaqlar artıq müstəqil olduqda, yaşayış xərclərini azaltmaq, böyük mülkləri satmağı düşünmək mümkündür. Pensiya hesablayıcılarından istifadə edərək mövcud yığımların kifayət edib-etmədiyini yoxlayın və strategiyanı buna uyğun dəyişin.

60 yaşlarda - vəsaitlərin çıxarılması və varislik planı
Pensiya hesablarından nə qədər və necə pul çıxarılacağını planlaşdırmaq, həmçinin vəsiyyət və irs planını yeniləmək bu dövr üçün vacib sayılır. Gələcək xərclər, səfərlər, təmir və digər böyük ödənişlər əvvəlcədən nəzərə alınmalıdır.

70 yaşlarda - xərclərə nəzarət və sağlamlıq

Bu mərhələdə əsas məqsəd maliyyə resurslarını düzgün bölmək və həyat keyfiyyətini qorumaqdır. Arzular reallaşdırıla bilər, lakin sərfin həddini düzgün təyin etmək lazımdır.

80 yaşlarda - təhlükəsizlik və varislik

Yaşlı insanlar maliyyə dələduzluğu üçün daha tez-tez hədəfə çevrilirlər, buna görə ehtiyatlı davranmaq lazımdır. Vəsiyyəti yenidən gözdən keçirmək və xeyriyyə niyyətlərinin düzgün icrasını təmin etmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar