Zaqatalada 41 yaşlı kişi ölümcül döyülüb.
Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında Zaqatala şəhəri ərazisində qeydə alınıb.
Zaqatala şəhər sakini, 41 yaşlı İskəndər Yusif oğlu Musayev kəllə-beyin travması, başın acıq yarası xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
İlkin araşdırma zamanı İ. Musayevin döyülərək ağır xəsarətlər aldığı məlum olub.
DİN-in Mətbuat Xidməti Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxslərin kimliyi müəyyən olunub və saxlanılmaları istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Vüqar Heydərov