Məzuniyyətə çıxmayan işçiyə pul ödənilir? - CAVAB
07 oktyabr 2025 13:21 (UTC +04:00)

Məzuniyyətə çıxmayan işçiyə pul ödənilir? - CAVAB

0

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual istifadə olunmamış məzuniyyət üçün işçiyə pul verilməsi ilə bağlıdır.

İşçiyə istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi ödənilməlidirmi?

Lent.az xəbər verir ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt yaxud məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 

Əmək münasibətlərinə xitam verilərkən Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar