ABŞ-da hökumət qapalı qaldı - Növbəti səsvermə keçiriləcək
07 oktyabr 2025 04:13 (UTC +04:00)

ABŞ-da hökumət qapalı qaldı - Növbəti səsvermə keçiriləcək

0

Lehinə 52, əleyhinə 42 səslə Respublikaçılar Partiyasının hökuməti noyabrın 21-nə qədər maliyyələşdirməyi nəzərdə tutan qısamüddətli qanun layihəsi lazım olan 60 səsi toplaya bilməyib.

Lent.az-ın məlumatına görə, ən azı növbəti səsverməyə qədər şatdaun qüvvədə qalıb.

Demokratlar Partiyasından olan senatorlar Con Fetterman, Katrin Kortez Masto və müstəqil senator Anqus Kinq layihənin lehinə səs verib. Onlar ötən həftəki səsvermədə də bu addımı atmışdılar. Kentukkidən olan senator Rand Pol yenə layihənin əleyhinə çıxan yeganə Respublikaçılar Partiyasının təmsilçisi olub.

Bu gün, həmçinin Demokratlar Partiyasının da şatdauna son qoymaq üçün irəli sürdüyü layihə üzrə səsvermə baryeri keçməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar