Keşiş olmaq istəyirdi,  QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film
06 oktyabr 2025 17:41 (UTC +04:00)

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

0

Məşhur rejissor Martin Skorseze yeniyetmə yaşlarında katolik seminariyasında təhsil alıb, lakin “pis davranışa” görə oradan kənarlaşdırılıb.

Lent.az xəbər verir ki, bu hadisə onun həyat və karyera yolunu tamamilə dəyişə bilərdi, amma gənc Skorseze artıq o vaxt dinə dərin maraq duyub.

Yeddi yaşında o, ilk dəfə Nyu-Yorkdakı Müqəddəs Patrik kilsəsində keçirilən katolik ayinində iştirak edib. Bu hadisə onda güclü təəssürat yaradıb və o vaxtdan etibarən dini təhsilini davam etdirib. Seminariyaya hazırlıq mərhələsində tədrisin ilk ayları problemsiz keçib. Lakin yeniyetməlik dövrü və dəyişən dünya tədricən onun baxışlarına təsir edib.

“Mən ətrafımdakı həyatı dərk etməyə başladım. Qızlara qarşı hisslər yarandı, rok-n-roll artıq həyatımızda idi, köhnə dünya sanki ölürdü”,  – Skorseze xatırlayır. – “Anladım ki, həyatdan tamamilə uzaq qalmaq mümkün deyil və keşiş olmaq mənə yad bir yol idi”.

O, seminariyada qalmağa çalışsa da, valideynlərinə oğlunu geri götürmək göstərişi verilib və Skorseze təhsil müəssisəsindən xaric olunub. Onun “pis davranışı”nın təfərrüatları açıqlanmasa da, uşaqlıq dostlarından biri Co Morale bildirir ki, o yaşlarda rejissor artıq qadınlara maraq göstərib.

Keşiş olmaq ideyasından erkən uzaqlaşmasına baxmayaraq, dini mövzu onun həyatında və yaradıcılığında mühüm yer tutmağa davam edib. Skorseze ruhani və fəlsəfi mövzuları araşdıran bir sıra filmlər çəkdi, o cümlədən “Məsihin son cazibəsi” (1988), “Sükut” (2017) və Dalay-Lama Tenzin Gyatsonun həyatına həsr olunmuş “Kundun” (1997).

Serialda o, həmçinin öz müəllimi - katolik keşişi Fransis Prinsipi haqqında danışır. Prinsipi onu təhsilə davam etməyə və Nyu-Yorkun Aşağı İst-Sayd məhəlləsindən kənarda həyatını qurmağa ruhlandırıb.

“Bəzən mən altar xidmətçisi kimi zəng çalırdım. O anlarda Tanrının varlığını, elə burada olduğunu hiss edirdim”, – rejissor xatırlayır və əlavə edir ki, inanc onu bütün həyatı boyu müşayiət edib.

Rebekka Millerin çəkdiyi yeni sənədli film - “Cənab Skorseze” - rejissorun gənclik illərini, inanca münasibətini və dünya kinematoqrafiyasına gedən yolunu ətraflı şəkildə işıqlandırır. Serialda onun ailəsi, dostları və həmkarları ilə müsahibələr yer alır və 17 oktyabrda Apple TV+ platformasında yayımlanacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar