İnsanların ən çox bəyəndiyi  beş iPhone modeli:  onların üstünlükləri  nələrdir?
06 oktyabr 2025 10:43 (UTC +04:00)

İnsanların ən çox bəyəndiyi beş iPhone modeli: onların üstünlükləri nələrdir?

0

AnTuTu bençmark təkcə mobil cihazların performansını ölçmür, həm də istifadəçilərin telefon və planşetlərindən məmnunluqlarını öyrənir. Orta qiymət “xalq” reytinqi yaratmaq üçün istifadə olunur - burada 2025-ci ilin sentyabr ayının ən yaxşı “iPhone”ları var.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, uzun müddət ərzində ilk dəfə olaraq “Apple”ın yeni iPhone 17 Pro Max modeli 99,55 faiz müsbət rəy qazanaraq iOS cihazları reytinqində birinci olub. Maraqlıdır ki, nə iPhone 17, nə iPhone 17 Pro, nə də iPhone Air ilk onluqda yer almayıb.

“Apple-“ın əsas flaqman telefonu bu il bir neçə mühüm təkmilləşdirmə əldə edib: batareyanın ömrü 4 saat artıb, arxa telefoto obyektiv isə 12 meqapikseldən 48 meqapikselə qədər təkmilləşdirilib.

Ekspertlər qeyd edirlər ki, Apple bununla müxtəlif istifadəçilərin tələbatını ödəyə bilib.
iPhone 12 mini (95,69 faiz) sentyabr reytinqində üçüncü yerdədir. Bu model kompakt ölçüsü və yaxşı balanslaşdırılmış aparatı ilə sevilir. Reytinqdəki digər iPhone modelləri arasında iPhone SE 2020, iPhone 16 və iPhone 8 var.

Planşetlər arasında iPad Air 4 ən böyük istifadəçi məmnuniyyətini yaradır. Bu sərfəli planşet 2020-ci ildə buraxılıb, lakin istifadəçilər ondan istifadə etməyə davam edir və müsbət rəylər verirlər. Ondan sonra iPad Pro 4, iPad Air 5, iPad Pro 5 və iPad Mini 5 gəlir.

Analitiklər bildirirlər ki, yeni “iPhone”lara tələbat bütün gözləntiləri üstələyib. Bununla belə, ən populyar modellər əsas iPhone 17, 17 Pro və 17 Pro Max olub. Bu arada, nazik iPhone Air nisbətən zəif tələbat nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar