ABŞ ilə İtaliya arasında "makaron böhranı"  yaşanır
06 oktyabr 2025 06:53 (UTC +04:00)

ABŞ ilə İtaliya arasında "makaron böhranı" yaşanır

0

İtaliya ABŞ hakimiyyətinin makaron idxalına tətbiq etdiyi əlavə rüsumlardan son dərəcə narahatdır.

Lent.az xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, yeni tariflər ABŞ-da italyan makaronunun qiymətini demək olar ki, iki dəfə artıracaq.

Bəyanata əsasən, Roma Vaşinqtona təzyiq göstərmək üçün Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir.

Öz növbəsində ABŞ Ticarət Departamenti əlavə rüsumların tətbiqini onunla izah edib ki, araşdırma nəticəsində iki iri italyan istehsalçısı tərəfindən Amerika bazarında məhsulların süni aşağı qiymətlərlə satışı aşkarlanıb.

Yeni tarif İtaliya makaronunun qiymətini 91,74% artıracaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar