Gürcüstanda dövlət çevrilişi uğursuz oldu - Baş nazir
05 oktyabr 2025 00:36 (UTC +04:00)

Gürcüstanda dövlət çevrilişi uğursuz oldu - Baş nazir

0

“Hakimiyyətin devrilməsi məqsədilə Tbilisidə keçirilən mitinqdə təxminən 5-7 min insan iştirak edib. Onlar hərəkətə keçdilər, amma devrilmə uğursuzluqla nəticələndi”.

Lent.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, xronolgiyaya nəzər salanda görünür ki, mitinq iştirakçıları hakimiyyəti devirmək üçün uğursuz cəhddən uzaqlaşdılar.

“Yalnız cəhd baş tutmayandan sonra konkret şəxslər və təşkilatlar devrilmədən özlərini uzaqlaşdırmağa başladılar. Məsələn, Salome Zurabişvili, konkret insanlar, fəallar və s. Lakin  heç kim məsuliyyətdən qaça bilməyəcək”, - Baş nazir söyləyib. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar