Göygöldə DƏHŞƏT:  arvadını intihara məcbur  edib, 2 qutu dərman içizdirdi
04 oktyabr 2025 18:29 (UTC +04:00)

Göygöldə DƏHŞƏT: arvadını intihara məcbur edib, 2 qutu dərman içizdirdi

0

Göygöldə arvadını intihara məcbur edən kişi həbs olunub.

Lent.az-ın əldə etdiyi məlumata görə, 37 yaşlı Məlik Əsədov (ad və soyad şərtidir) sərxoş halda yaşadıqları evdə arvadı ilə dalaşıb onu öldürmək istədiyini deyib. Zərərçəkənin sözlərinə görə, bu zaman ona “ya özün özünü öldür, ya da evi yandıracam” söyləyib:

“Məni iki qutu “Valerian” içməyə məcbur etdi. İçəndən sonra həyətdə özümdən getdim. Qonşular məni xəstəxanaya apardılar. Qayıdanda qorxumdan evə girmədim, polisə zəng vurdum. Bundan əvvəllər də qulağımı kəsib. Evə girməyə qoymur, məni balalarımla qorxudur. Rayonda kimsəm yoxdur”.

Məhkəmədə şahid qismində ifadə verən hüquq-mühafizə orqanı əməkdaşı bildirib ki, qadının zəhərlənməsi barədə xəstəxana məlumatı daxil olub:

“Zərərçəkən bildirib ki, yoldaşı sərxoş halda onu özünü öldürməyə məcbur edib. Əvvəllər də aralarında münaqişə olub. Təqsirləndirilən şəxs zərərçəkənin qulağını dişləyib qoparıb. Polis əməkdaşları hadisə yerinə gedəndə şəxs içkili idi. Əvvəlcə polisə tabe olmadı”.

Törətdiyi əməllərə görə, Məlik Əsədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə məhəl qoymamaq) maddələri ilə protokol tərtib olunub.

Göygöl rayon Məhkəməsində hakim Leyla Hüseynzadənin sədrliyi ilə keçirilən prosesdə Məlik Əsədov barəsində 20 gün müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar