Şahruddin komanda yoldaşlarının hansı kluba azarkeşlik  etdiklərini açıqladı
04 oktyabr 2025 14:02 (UTC +04:00)

Şahruddin komanda yoldaşlarının hansı kluba azarkeşlik etdiklərini açıqladı

0

“Qarabağ”ın qapıçısı Şahruddin Məğomedəliyev bildirib ki, komanda Çempionlar Liqasında Qazaxıstanın “Kayrat” klubunun çıxışlarını izləyir.

Lent.az xəbər verir ki, o, rusiyalı idman müxbiri ilə söhbətində Qazaxıstan klubuna azarkeşlik etdiklərini deyib:

 “Əlbəttə, biz “Qarabağ”da “Kayrat”ın Çempionlar Liqasındakı oyunlarını izləyirik və ona azarkeşlik edirik. Bu çox gözəldir: uşaqlar üçün böyük təcrübədir”.

“Kayrat” ümumi mərhələnin startında iki məğlubiyyət alıb: Lissabonun “Sportinq”indən (1:4) və Madridin “Real”ından (0:5). “Qarabağ” isə iki qələbə qazanıb — “Benfika”ya (3:2) və “Kopenhagen”ə (2:0) qalib gəlib.

Məğomedəliyev Mahaçqalada anadan olub, Dağıstan futbolunun yetirməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar