Keçmiş səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.
Lent.az bildirir ki, bu barədə onun yaxınları məlumat verib.
Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub.
1973-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirib.
O, 2005-ci ildə səhiyyə naziri təyin edilib.
Oqtay Şirəliyev 2021-ci il aprelin 23-də səhiyyə naziri vəzifəsindən azad edilib.
Oqtay Şirəliyev 2015-ci il avqust ayının 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.