Qohumum generaldır  deyib qabağına çıxanı aldatdı – Naxçıvanda 124 minlik   DƏLƏDUZLUQ
03 oktyabr 2025 17:27 (UTC +04:00)

Qohumum generaldır deyib qabağına çıxanı aldatdı – Naxçıvanda 124 minlik DƏLƏDUZLUQ

0

Naxçıvanda 20-yə yaxın şəxsə qarşı dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxs hava limanının dispetçeri 32 yaşlı Səfayıl Mehdiyevdir. (ad və soyad şərtidir) O, özünü etibarlı adam kimi göstərərək, iş axtaran və işə düzəlmək istəyən şəxslərə yardım edəcəyini bildirib.

Səfayıla “müraciət” edənlər, Dövlət Gömrük Komitəsin, Dövlət Vergi Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə, düzəlmək istəyən, eləcə də, tibb bacısı, mühafizəçi və s. kimi işləmək istəyənlərdir. Maraqlı tərəfi burasındadır ki, Səfayıl heç bir səlahiyyəti olmadan onların hamısını işə düzəldəcəyini deyib. Razılaşma zamanı o, qohumunun general olduğunu qeyd edib.

Səfayıl Mehdiyev bu vədlərlə zərərçəkənlərin ümumilikdə 124 min manatını ələ keçirib. Lakin heç bir vədi yerinə yetirməyib. Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına müraciəti nəticəsində Səfayıl saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.

Məhkəmə istintaqı zamanı bəzi zərərçəkənlər onlara dəyən ziyanın ödənildiyini və şikayətçi olmadıqlarını bildiriblər.

Naxçıvan şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə keçirilən proses zamanı Səfayıl Mehdiyev barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar