Doğuşdan sonra kökəldiyi   üçün arvadını öldürdü
03 oktyabr 2025 17:41 (UTC +04:00)

Doğuşdan sonra kökəldiyi üçün arvadını öldürdü

0

ABŞ-da bir kişi arvadını doğuşdan sonra kökəldiyi və arıqlaya bilmədiyi üçün öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Los-Ancelesdə polis 25 yaşlı Conatan Renteriyanı 37 yaşlı həyat yoldaşı Cun Banyonun qətlində ittiham edərək həbs edib. Qadının meyiti onun mənzilində tapılıb. İlkin ekspertizaya görə, ölümün səbəbi boyun nahiyəsinə dəyən travmatik xəsarətlər olub.

Məlumata görə, müstəntiqlər meyitin qalıqlarını bir neçə torbada çıxarıblar. Qeyd olunur ki, cütlüyün az əvvəl övladı dünyaya gəlib. Doğuşdan sonra qadın çəki alıb, bu isə ər-arvadın tez-tez mübahisə etməsinə səbəb olub. Ər arvadını arıqlaya bilmədiyinə görə günahlandırırmış.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar