74 yaşlı müdir  işçisini öldürdü, meyitini parçalayıb  meşədə basdırdı
03 oktyabr 2025 12:01 (UTC +04:00)

74 yaşlı müdir işçisini öldürdü, meyitini parçalayıb meşədə basdırdı

0

Rusiyanın Kamçatka diyarında dəhşətli qətl olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, 74 yaşlı kişi öz mağazasının işçisini öldürüb və cəsədini parçalayaraq hissələri meşədə gizlədib.

Hadisə sentyabr ayında Petropavlovsk-Kamçatsk şəhərində baş verib. Şəhərin kənarındakı meşə massivində zorakılıq əlamətləri olan insan qalıqları tapılıb. Ekspertiza müəyyən edib ki, həmin qalıqlar daha əvvəl itkin düşmüş hesab edilən 60 yaşlı kişiyə məxsusdur.

İlkin məlumatlara görə, cinayəti mərhumun 74 yaşlı müdiri törədib. Mağazanın zirzəmisində mübahisə zamanı o, işçisini arxası üstə yerə yıxıb və ona metal əşya ilə iki zərbə endirib. Nəticədə kişi hadisə yerində ölüb.

Bundan sonra şübhəli cəsədi hissələrə ayıraraq şəhərin kənarındakı meşə massivində gizlədib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar