İstanbulda 5 bal gücündə  zəlzələ oldu, 17 yaralı  - YENİLƏNİB
02 oktyabr 2025 18:02 (UTC +04:00)

İstanbulda 5 bal gücündə zəlzələ oldu, 17 yaralı - YENİLƏNİB

1

İstanbulda baş verən zəlzələ nəticəsində 17 nəfər xəsarət alıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İstanbul valisi Davud Gül deyib.

Onun sözlərinə görə, yaralananlar həyəcanlanaraq özlərini binadan ataraq xəsarət alıblar.

Vali zəlzələ nəticəsində heç bir dağıntının qeydə alınmadığını da qeyd edib.

***

saat 16:16

Türkiyədə güclü zəlzələ olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, yeraltı təkanlar İstanbul şəhərində qeydə alınıb.

5 bal gücündə olan zəlzələnin episentri 6.7 km dərinlikdə olub. Dağıntılar və tələfat olub-olmaması barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 592

Oxşar yazılar