Şahnaz Haşımova sabah əməliyyat olunacaq
24 oktyabr 2025 23:58 (UTC +04:00)

Şahnaz Haşımova sabah əməliyyat olunacaq

0

Xalq artisti Şahnaz Haşımova sabah əməliyyat olunacaq.

Lent.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna xalq artistinin nəvəsi Eldar Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Şahnaz Haşımova bu gün Gəncə Beynəlxalq Xəstəxanasında müayinə olunub və hazırda evdədir:

“Nənəmin səhhəti normaldır. Bu gün Gəncə Beynəlxalq Xəstəxanada həkimlər onu müayinə etdilər. Şükür Allaha, ciddi bir xəstəliyi yoxdur, özünü yaxşı hiss edir. Sadəcə, həkimlər səhhətində müəyyən problemlər aşkarlayıblar və vaxtında müraciət etdiyimiz üçün vəziyyətin ağırlaşmasının qarşısı alınıb.”

Eldar Abdullayevin sözlərinə görə, xalq artisti sabah Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat ediləcək.

Əməliyyat cərrah İlkin İsmayılov və Anar Cəfər tərəfindən aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar