Rusiyalı "qanuni oğru"  Ukraynada öldü
24 oktyabr 2025 18:15 (UTC +04:00)

Rusiyalı "qanuni oğru" Ukraynada öldü

0

Ukraynanın Rovno şəhərində Kamo “Moskovskiy” kimi tanınan “qanuni oğru” Kamo Eqiazarov dünyasını dəyişib.

Lent.az xarici mediaya istinadla bildirir ki, həkimlər onun ölüm faktını oktyabrın 20-si, bazar ertəsi günü qeydə alıblar. Hadisənin səbəbi və başvermə şəraiti barədə dərc edilən xəbərdə heç nə qeyd olunmur.

Məlumata əsasən, Kamo Eqiazarov 2020-ci ildə Rusiyada həbsdən azad edildikdən sonra Ukrayna ərazisinə keçib. Bir il sonra Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayaraq Çerniqovda yerləşən əcnəbilərin müvəqqəti saxlanma mərkəzinə yerləşdiriblər.

Kamo Eqiazarov 1962-ci ildə Tbilisidə anadan olub. O, ilk dəfə 1981-ci ildə həbsxanaya düşüb. 90-cı illərin əvvəllərində cinayətkar Rusiyanın paytaxtına köçərək kriminal aləmdə fəal iştirak edib. Onun əsas fəaliyyət sahələri dələduzluq və narkotiklərin qanunsuz dövriyyəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar