Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.
Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Dövlət başçısının digər sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərova “general-mayor” ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, bundan əvvəl Agentliyin rəisi general-mayor İlqar Abbasov idi. Onun prezidentin sərəncamı ilə işdən çıxarılması barədə xəbər vermişdik.