Neyroloqlar bildirirlər ki, müəyyən qidalar miqren tutmalarını və ümumi vəziyyətin pisləşməsini provokasiya edə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, xüsusilə migrenə meyilli insanların rasionuna daha diqqətli yanaşması tövsiyə olunur, çünki gündəlik istifadə edilən bəzi qidalar belə güclü baş ağrılarını tətikləyə bilər.
Ən riskli məhsullar hansılardır?
1. Alkoqol - xüsusilə qırmızı şərab
Mütəxəssislərə görə, qırmızı şərab migrenin ən çox rast gəlinən “başlatıcılarından” biridir və belə şəxslər tərəfindən ciddi şəkildə məhdudlaşdırılmalıdır.
2. Kofeinli içkilər və şokolad
Kofe, güclü çay, energetik içkilər və tərkibində kakao olan şokolad damarlarda spazm yarada bilər və baş ağrılarını artırır. Həddən artıq kofein istifadəsi migren riskini yüksəldir.
3. Süni əlavələr - aspartam və natrium qlutamat
Şirinləşdirici aspartam və dad gücləndiricisi MSG (natrium qlutamat) bəzi insanlarda migren tutmasına səbəb ola bilər.
4. Pendir - xüsusilə yaşlandırılmış növlər
Çedder, göyəmli pendirlər və uzun müddət saxlanılan digər növlər tiramin adlı maddə ehtiva edir. Tiramin damarların daralmasına təsir göstərərək baş ağrılarını gücləndirə bilər.
5. Kolbasalar, hisə verilmiş və konservləşdirilmiş məhsullar, “fastfood”
Bu məhsulların tərkibində tez-tez damar tonusuna təsir edən konservantlar və kimyəvi əlavələr olur ki, bu da migren riskini artırır.
Migrenin qarşısını almaq üçün həkimin tövsiyələri:
Yemək rejimini pozmamaq, uzun müddət ac qalmamaq, kifayət qədər su içmək, rasiona maqnezium və B qrupu vitaminləri ilə zəngin qidalar daxil etmək, risk qrupuna aid olan məhsulları azaltmaq və ya tam çıxarmaq.
Mütəxəssislər vurğulayır ki, düzgün qidalanma və rejimə riayət etməklə migren tutmalarının tezliyi və gücü əhəmiyyətli dərəcədə azaldıla bilər.