Turşu "fəlakəti"ndən  necə qaçmaq olar? - Bu sirkədən istifadə etməyin
07 oktyabr 2025 11:54 (UTC +04:00)

Turşu "fəlakəti"ndən necə qaçmaq olar? - Bu sirkədən istifadə etməyin

0

Tərəvəzləri konservləşdirmək zamanı sirkə əvəzolunmaz tərkib hissəsidir. O, təkcə məhsulları zərərli bakteriyalardan qorumaqla kifayətlənmir, həm də onların saxlanma müddətini xeyli uzadır. Lakin qış tədarükünün uğuru birbaşa sirkənin düzgün seçilməsindən və onun turşuluq faizindən asılıdır.

Lent.az bu sirkə növünü təqdim edir:

Hansı sirkə konservləşdirmə üçün yararsızdır

Tərəvəz marinadı üçün ən optimal variant 9 faizlik sirkə sayılır. 4-5 faizlik az turşulu sirkələr konserv məhsullarının uzun müddət saxlanmasına imkan vermir. Belə halda bankadakı tərəvəzləri bir neçə gün ərzində yemək lazımdır, çünki aşağı turşuluq bakteriyaların çoxalmasına şərait yaradır. Buna görə sirkə alarkən etiketdəki turşuluq faizini mütləq yoxlamaq vacibdir.

Hansı sirkələr uyğundur və hansılar deyil?

Ən çox istifadə olunan növ adi süfrə (distillə edilmiş) sirkəsidir. Bundan əlavə, alma sirkəsi də çox sevilir onun dadı daha yumşaqdır, amma rəngi bir qədər bulanıq olur. Ağ şərab sirkəsi isə az turşulu olduğuna görə, daha çox salatlara uyğundur, lakin konservləşdirmə üçün yaramır.

Daha az yayılmış, lakin maraqlı variantlara qırmızı şərab, balzamik və düyü sirkələri daxildir, lakin onlar da qışlıq tədarüklər üçün deyil, kulinariya məqsədləri üçün daha münasibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar