Ucar sakinini hovuzda cərəyan  vurub öldürdü - YENİLƏNİB
07 oktyabr 2025 10:08 (UTC +04:00)

Ucar sakinini hovuzda cərəyan vurub öldürdü - YENİLƏNİB

0

Ucarda kişinin hovuza düşərək ölməsi ilə bağlı təfərrüat məlum olub.

Lent.az-ın məlumatına görə, 52 yaşlı İntiqam Vaqif oğlu Zahidovu hovuzda elektrik cərəyanı vurub. Nəticədə kişi dünyasını dəyişib.

Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

***
6 oktyabr, saat: 23:05

Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az-ın xəbərinə görə, hadisə bu gün rayonun Qaracallı kəndində baş verib.

Kənd sakini, 52 yaşlı İntiqam Vaqif oğlu Zahidov həyətində olan hovuza düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1240

Oxşar yazılar