Bakının Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi baş verib. Yolda müvəqqəti tıxac yaranıb.
Lent.az xəbər verir ki, qəza ərazidəki yol ötürücüsünün üzərində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin sürücüsü Məmmədağa Zeyniyevin qəfil əyləcdən istifadə etməsi qəzanı qaçılmaz edib.
Hadisə nəticəsində nəqliyyat vasitəsi “BYD” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “VAZ 2107” markalı avtomobildə olan sərnişin xəsarət alıb.
Əraziyə polis əməkdaşları və Təcili Tibbi Yardım avtomobili cəlb olunub. Xəsarət alana ilkin tibbi yardım göstərilib.
Yol polisinin operativ müdaxiləsi ilə tıxac qısa zamanda aradan qaldırılıb. Hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.