Payız artdığı mövsümdür. Havanın soyuması, günəş işığının azalması və rütubətli şərait insan orqanizmini daha həssas edir. Payızda immunitet zəifləyir, orqanizm virus və soyuqdəymə infeksiyalarına qarşı daha həssas olur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, həkimlərin fikrincə, bu dövrdə xroniki xəstəliklərin kəskinləşməsi də təsadüfi deyil.
Payızda orqanizm niyə zəifləyir?
Soyuq və yağışlı hava ilə birlikdə günəş işığının azalması orqanizmin müdafiə sistemini zəiflədir. İnsanlar daha az hərəkət edir, açıq havada vaxt keçirməyə maraq azalır. Həkimlər bildirirlər ki, azalan fiziki aktivlik, xüsusən də iri şəhərlərdəki pis ekologiya və hava çirklənməsi payızda sağlamlığa mənfi təsir göstərən əsas amillərdəndir.
Ən çox rast gəlinən payız xəstəlikləri: Qrip, piyelonefrit (böyrəklərin iltihabı), herpes (dodaq və ya bədəndə səpgilər), oynaqlarda xroniki xəstəliklərin kəskinləşməsi, mədə və onikibarmaq bağırsaq xorasının aktivləşməsi, mövsümi allergiya (xüsusilə alaq otlarının tozcuqlarına qarşı), dəridə müxtəlif dermatoloji problemlər, sinir və psixoloji gərginlik.
Payız xəstəliklərindən necə qorunmalı?
Mütəxəssislər hesab edirlər ki, bir çox xəstəliklərin qarşısını sadə qaydalara əməl etməklə almaq mümkündür:
Gündəlik rejimə riayət edin, orqanizmi tədricən möhkəmləndirin (məsələn, soyuq duş və açıq havada gəzinti ilə), ktiv həyat tərzi sürün, müntəzəm hərəkət edin, kifayət qədər su için və düzgün qidalanın, insan sıx olan yerlərdən uzaq durum, evin havasını daim təmiz saxlayın, otaqları havalandırın və nəm təmizlik edin və burnunuzu duzlu məhlulla yuyun.
Düzgün qidalanma da vacibdir
Daha çox meyvə və tərəvəz, Omeqa-3 ilə zəngin yağlı dəniz balıqları və qoz-fındıq, qızardılmış deyil, bişmiş və ya buğda hazırlanmış ət.
Beləliklə, payızın dəyişkən havasına qarşı ən yaxşı qorunma üsulu aktiv həyat tərzi, balanslı qidalanma və immunitetin gücləndirilməsidir.