Ağızda ürək xəstəliklərinin  ilk xəbərçisi ola biləcək əlamət AÇIQLANDI
06 oktyabr 2025 11:42 (UTC +04:00)

Ağızda ürək xəstəliklərinin ilk xəbərçisi ola biləcək əlamət AÇIQLANDI

0

Diş ətində qanaxma ürək xəstəliyinin gizli siqnalı ola bilər.

Lent.az xarici mediaya istinadla bu əlamətləri təqdim edir:

Diş ətində qanaxma sadəcə ağız gigiyenası problemi deyil

Bir çox insan diş əti xəstəliklərini yalnız ağız boşluğu ilə əlaqələndirir. Amma stomatoloqlar xəbərdarlıq edir: qanayan diş ətləri ürək-damar xəstəliklərinin ilk xəbərçisi ola bilər. Aparılan tədqiqatlar göstərir ki, diş ətinizin vəziyyəti damarların sağlamlığını da əks etdirə bilər.

Stomatoloqun xəbərdarlığı

Cərrah-stomatoloq Andrey Bojiç izah edir ki, davamlı diş əti iltihabı ürək-damar xəstəliklərinin riskini artırır. “Əgər biz şişmiş, qanayan və dişdən ayrılan diş ətləri görürüksə, bu, orqanizmdə davamlı iltihabın göstəricisidir. Bu iltihab yalnız ağız boşluğunda qalmır, həm də damarları, ürəyi və bütün qan dövranını zədələyə bilər".

Orqanizmdə gizli mexanizm

Dişlərdə yığılan lövhə (nalot) infeksiyaya və diş əti iltihabına səbəb olur. Bakteriyalar qana keçərək damarlarda yağ yığıntıları (ateroskleroz) formalaşdıra bilər. Bu proses ürək tutması, insult və digər ürək-damar xəstəliklərinin riskini artırır.

Tədqiqatlar göstərir ki, ağır diş əti xəstəliyi olan insanlarda ürək problemlərinin yaranma ehtimalı sağlam insanlara nisbətən xeyli yüksəkdir.

Diş əti qanaxması bədənin SOS siqnalı

Bojiç qeyd edir: “Diş əti qanaxması yalnız stomatoloji məsələ deyil, bu bütün bədənlə bağlı problemin əlamətidir. İlk əlamət ağızda görünsə də, əsas təhlükə daha dərindədır".

Gülümsəmənizi və ürəyinizi necə qoruya bilərsiniz?

Stomatoloqun məsləhətləri

Gündə iki dəfə dişləri fırçalayın

Diş ipindən mütəmadi istifadə edin

Müntəzəm stomatoloq müayinəsindən keçin

Şəkər istifadəsini azaldın

Siqaretdən imtina edin

Sağlam qidalanma qaydalarına əməl edin

Diş əti qanaxmasını kiçik problem hesab etməyin. Bu, ürək sağlamlığınız üçün ilk xəbərdarlıq siqnalı ola bilər. Dişlərinizi qoruyaraq, həm də ürəyinizi qorumuş olarsınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar