Trampın varisi bu şəxs olacaq - Adı açıqlandı
06 oktyabr 2025 02:45 (UTC +04:00)

Trampın varisi bu şəxs olacaq - Adı açıqlandı

0

ABŞ-ın vitse-prezidenti Ceyms Vens Respublikaçılar Partiyasının prezidentliyə növbəti namizədi ola bilər.

Lent.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio deyib.

"Mən inanıram ki, Respublikaçıların növbəti namizədi, əgər namizəd olmaq qərarına gəlsə, vitse-prezident Vens olacaq. O, mənim yaxşı dostumdur və əla iş görür. Mən deyərdim ki, bizim əla komandamız var və hamımız prezident üçün çalışırıq", - Rubio bildirib.

Qeyd edək ki, may ayının sonunda ABŞ-ın nüfuzlu “The Hill” qəzeti 2028-ci ildə Respublikaçılar Partiyasından namizəd olmaq üçün Trampın varisi kimi yeddi mümkün namizədin siyahısını dərc etmişdi,.

Siyahıda onun böyük oğlu kiçik Donald Tramp da yer almışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar