Ronaldo yenidən “Mançester Yunayted”in pul qazanmasına  kömək edə bilər
05 oktyabr 2025 13:40 (UTC +04:00)

Ronaldo yenidən “Mançester Yunayted”in pul qazanmasına kömək edə bilər

0

Kriştiano Ronaldonun "Mançester Yunayted"lə bir neçə əlaqəsi olub. Əfsanəvi portuqaliyalı hücumçu iki dəfə (2003-2009 və 2021-2022) "qırmızı şeytanlar"ın heyətinə qatılıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, İngiltərə nəhəngində Kriştiano əvvəlcə dünya miqyasında ad çıxara bilib, sonra isə Mançesterə kult qəhrəmanı və futbol tarixinin ən yaxşı oyunçularından biri kimi gəlib.

İndi Ronaldo keçmiş klubuna əlavə pul qazanmağa kömək edə bilər.

Daha əvvəl xəbər verildiyi kimi, “Mançester Yunayted” mövsüm ortası yoldaşlıq görüşləri keçirməyi qərara alıb.

Oyun təcrübəsi ilə yanaşı, bu, klubun bu mövsüm heç bir Avropa turnirinə vəsiqə qazana bilməməsi səbəbindən yaranan 100 milyon funt-sterlinq maliyyə boşluğunu aradan qaldırmaq üçün faydalı olacaq.

Bildirilir ki, "Mançester Yunayted"in sahibləri artıq potensial klublarla, o cümlədən Ronaldonun "Əl-Nəsr" klubu ilə əlaqə saxlamağa başlayıblar. Qarşılaşma Səudiyyə Ərəbistanında keçirilə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar