iPhone 17 Pro artıq “köhnəlib”:  2025-ci ilin payızının ən güclü smartfonu  AÇIQLANDI
05 oktyabr 2025 10:36 (UTC +04:00)

iPhone 17 Pro artıq “köhnəlib”: 2025-ci ilin payızının ən güclü smartfonu AÇIQLANDI

1

AnTuTu etalon komandası 2025-ci ilin sentyabr ayından etibarən ən sürətli smartfonların təzə reytinqini açıqlaybı. Gözlənildiyi kimi, reytinqə Snapdragon 8 Elite Gen 5 əsaslı flaqmanlar rəhbərlik edib. Söhbət Xiaomi 17 Pro Max, Xiaomi 17 Pro və Xiaomi 17 haqqında gedir.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, Xiaomi 17 Pro Max etalonda orta hesabla 3,5 milyon xal toplayaraq reytinqdə birinci yeri təmin edib. Ondan sonra müvafiq olaraq 3,5 milyon və 3,49 milyon xal toplayan Xiaomi 17 Pro və Xiaomi 17 gəlir. Müqayisə üçün qeyd edək ki, iPhone 17 Pro Max oxşar testdə 2,6 milyon xal toplayıb.

Qalan yeddi mövqeni Snapdragon 8 Elite və MediaTek Dimensity 9400+ ilə təchiz edilmiş flaqmanlar tutur və onlar yeni prosessorla təchiz edilmiş həllərdən xeyli geri qalırlar. Dördüncü yeri tutan iQOO Neo10 Pro+ 3,34 milyon xal toplayıb.

Reytinqdə sonrakı yerlər Vivo X200 Ultra (3,3 milyon), RedMagic 10S Pro+ (3,2 milyon), Oppo Find X8 Ultra Satellite Edition (3,13 milyon), Honor GT Pro (3,13 milyon), Vivo X200S (3,06 milyon) və Redmi K84 Pro (2,5 milyon) arasında bölüşdürülüb.

Xiaomi 17 triosu hazırda Snapdragon 8 Elite Gen 5-ə malik yeganə smartfondur. Yeni prosessorlu cihazların siyahısının ilin sonuna kimi genişlənəcəyi gözlənilir.

Qualcomm Snapdragon 8 Elite Gen 5-i "ən güclü və enerjiyə qənaət edən" mobil çip adlandırır. Çip səkkiz nüvəyə malikdir, onlardan altısı 3,62 GHz, ikisi isə 4,6 GHz tezliyində işləyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 274

Oxşar yazılar