Xəzər dənizinə   üzən Rusiya gəmisi vuruldu
04 oktyabr 2025 19:11 (UTC +04:00)

Xəzər dənizinə üzən Rusiya gəmisi vuruldu

0

Ukraynanın Xüsusi Təyinatlı Qüvvələri Rusiyanın kiçik raket gəmisi “Qrad”ın məhv edilməsi əməliyyatı ilə bağlı detalları açıqlayıb.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, əməliyyat 4 oktyabr saat 04:31-də Oneqa gölündə baş tutub. Xüsusi təyinatlılar “Buyan-M” layihəli 21631 tipli kiçik raket gəmisini (bort nömrəsi 575) vurublar. Gəmi Baltik dənizindən Xəzər dənizinə istiqamətlənmişdi.

Zərbə gəminin enerji qurğusu bölməsinin sağ hissəsinə düşüb və nəticədə gəmiyə ciddi ziyan dəyib. Əlavə detallara dəqiqlik gətirilir.

Qeyd olunur ki, “Qrad” Rusiyanın ən yeni gəmilərindən biridir. O, 29 dekabr 2022-ci ildə Baltik donanmasının tərkibinə daxil edilib. Gəminin əsas silahı Ukraynaya zərbələr üçün istifadə olunan “Kalibr-NK” raket kompleksidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar