26 yaşlı qadını zorlayan polislər  həbs olundu
04 oktyabr 2025 11:15 (UTC +04:00)

26 yaşlı qadını zorlayan polislər həbs olundu

0

Hindistanda polis əməkdaşları gecə bir qadını zorlayıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, 26 yaşlı zərərçəkən anası ilə birlikdə satış üçün meyvə daşıyırmış. Polis onların maşınını görərək saxlayıb və yoxlama aparmaq istəyib.

Yoxlama zamanı polis əməkdaşları 26 yaşlı qadını kənara çəkərək zorlayıblar. Səhər yerli sakinlər qadını anası ilə birlikdə taparaq hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Həkimlər zərərçəkənə bütün zəruri tibbi yardımı göstəriblər.

Hadisə ictimailəşdikdən sonra zorlamada iştirak edən polis əməkdaşları həbs olunub. Əvvəlcə onları yalnız işdən kənarlaşdırıblar. Baş verənlərlə bağlı qadının oğurlanması və qrup halında zorlamaya dair maddələrlə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar