Dəhşətli qəzada avtomobil ikiyə bölündü  - HADİSƏ ANI
04 oktyabr 2025 11:49 (UTC +04:00)

Dəhşətli qəzada avtomobil ikiyə bölündü - HADİSƏ ANI

0

Türkiyədə dəhşətli yol qəzası olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Meram qəsəbəsində baş verib.

41 yaşlı İsmayıl Andaçın idarə etdiyi avtomobil qırmızı işıqda gözləyən 40 yaşlı Mövlud Külcünün idarə etdiyi avtomobilə arxadan yüksək sürətlə çırpılıb. Zərbənin təsirindən Mövlüd Külcünün avtomobili işıq dirəyi və ağaclara çırpıldıqdan sonra ikiyə bölünüb. Nəticədə o, yerindəcə keçinib.

Digər sürücü, İsmayıl Andaç isə xəsarətlər alıb.

Dəhşətli qəzanın görüntülərini təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar