Tanınmış siyasətçinin arvadının və oğlunun meyitləri tapıldı  - VİDEO
04 oktyabr 2025 10:21 (UTC +04:00)

Tanınmış siyasətçinin arvadının və oğlunun meyitləri tapıldı - VİDEO

0

Saxa (Yakutiya) Respublikasında tanınmış siyasətçi Savva Mixaylovun dul arvadı və oğlunun meyitləri tapılıb. Şübhəli şəxs kimi onların azyaşlı qızının adı keçir.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, ötən gün Yakutsk şəhərinin 202-ci mikrorayonundakı mənzildə 40 yaşlı Valeriya və onun 11 yaşlı oğlunun cəsədləri aşkarlanıb. Bu, 2023-cü ildə hospitalda vəfat etmiş ictimai xadim, Yakutiya Əhalinin Məşğulluğu üzrə Dövlət Komitəsinin sabiq sədr müavini və Xüsusi Hərbi Əməliyyat iştirakçısı Savva Mixaylovun ailəsidir.

Məlumata görə, cinayəti onların 16 yaşlı qızı tərəfindən törədildiyi ehtimal olunur. Hazırda istintaqçılar yeniyetmənin ifadəsini alırlar. Hadisə yerindən çəkic və bıçaq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar