“Barselona” dünyanın ən bahalı  futbolçularından birini alır
04 oktyabr 2025 10:02 (UTC +04:00)

“Barselona” dünyanın ən bahalı futbolçularından birini alır

0

“Barselona” İngiltərənin “Mançester Siti” komandasının norveçli hücumçusu Erlinq Haalanda ciddi maraq göstərir.

Lent.az xəbər verir ki, klubun prezidenti Joan Laporta heyəti gücləndirməyi hədəfləyir və 24 yaşlı forvardı transfer etmə imkanını nəzərdən keçirir. Təxminən 125 milyon avro dəyərində qiymətləndirilən bu transferi maliyyələşdirmək üçün rəhbərlik bir neçə futbolçu ilə yollarını ayırmağa hazırdır. İlk növbədə Ronald Arauxo satışa çıxarıla bilər. Həmçinin Dani Olmo və Fermin Lopes də azad transfer siyahısına əlavə oluna bilər.

Hazırkı mövsümdə Haaland bütün turnirlərdə klubunun heyətində 8 oyun keçirib, 11 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun qiymətini 180 milyon avro dəyərində göstərir. Yalnız Lamin Yamal Haalanddan bahadır - 200 milyon avro.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar