Şəmkirdə piyadanı vurub öldürən  sürücü hadisə yerindən qaçdı
05 oktyabr 2025 11:31 (UTC +04:00)

Şəmkirdə piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçdı

0

Şəmkirdə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax avtomagistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini D. Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyən olunması istiqamətinə polis əməkdaşları axtarışlara başlayıb.

Faktla bağlı araşdırma aparılır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar