Türkiyədə arvadını öldürüb qaçan şəxsi vəhşi heyvanlar parçalayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 9-da Trabzonun Vakfıkebir qəsəbəsində baş verib.
38 yaşlı Mustafa Sağlam arvadı Tuğba Sağlamı hamamda bıçaqlayıb və sonra ov tüfəngi ilə güllələyib. Nəticədə qadın ölüb. Bundan sonra isə kişi meşəlik əraziyə qaçıb.
Polis əməkdaşları uzun müddət axtarış aparsa da, onu tapmaq mümkün olmayıb. Sonradan Mustafa Sağlamın meyiti başqa məhəllədə meşəlik ərazidə aşkarlanıb. Ehtimal olunur ki, kişi meşədə intihar edib. Cəsədi isə vəhşi heyvanlar tərəfindən parçalanıb.
Hazırda araşdırma aparılır.