Fransa millisinin lideri Azərbaycanla oyunda  iştirak etməyəcək
07 oktyabr 2025 13:35 (UTC +04:00)

Fransa millisinin lideri Azərbaycanla oyunda iştirak etməyəcək

0

PSJ və Fransa yığmasının hücumçusu Bredli Barkola milliyə kömək edə bilməyəcək.

Xatırladaq ki, futbolçu sentyabrın ortalarından bud nahiyəsindən zədə alıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Barkola problemlərini baş məşqçi Didye Deşama bildirib və o, onu Fransa millisinə çağırmamağa qərar verib.

Barkolanın yerinə Florian Toven milliyə çağırılıb.

Fransa millisi 2026-cı il Dünya çempionatının seçmə mərhələsində Azərbaycan və İslandiya ilə görüşlər keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar