İsmayıllıda DƏHŞƏT:  çaqqal iki nəfəri parçaladı - VİDEO
07 oktyabr 2025 14:24 (UTC +04:00)

İsmayıllıda DƏHŞƏT: çaqqal iki nəfəri parçaladı - VİDEO

0

İsmayıllı rayonunun Aşıq Bayramlı kəndində çaqqal sakinlərə hücum edib.

Lent.az xəbər verir ki, nəticədə bir qadın və bir kişi xəsarət alıb.

Zərərçəkən Tofiq Babazadə hadisə barədə Baku TV-yə açıqlamasında bildirib ki, kənddə ilk dəfədir çaqqal insanlara hücum edib.

"Mənim 60 yaşım var, bu vaxta qədər belə şey görməmişəm. Səhər öz heyvanlarımı otlağa buraxırdım. Qapının ağzında idim, gözləmədiyim anda baldırımdan yapışdı. Əlimlə vurdum, o da qaçdı. Daha sonra həkimə getdim, vaksin vuruldu", - deyə kənd sakini söyləyib.

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, İsmayıllı rayonu ərazisində baş vermiş yırtıcı heyvan dişləməsi nəticəsində xəsarət almış 59 yaşlı kişi və 49 yaşlı qadın oktyabrın 6-da saat 9 radələrində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentlərə aşağı ətrafın dişlənmiş yarası diaqnozu təyin olunub.

Onların hər birinin yaraları işlənilib, müvafiq vaksin tətbiq olunub. 

Tibb müəssisəsində göstərilən zəruri tibbi xidmətlərdən sonra kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Daha ətraflı videomaterialda:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar