Hamilə arvadını və qaynını güllələyib, intihar etdi
07 oktyabr 2025 14:19 (UTC +04:00)

Hamilə arvadını və qaynını güllələyib, intihar etdi

0

ABŞ-da gənc oğlan hamilə olan bacısını silahlı hücumdan qorumaq istəyərkən ölüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Viskonsin ştatının Barron şəhərində baş verib.

17 yaşlı Makayla, hamiləliyinin yeddinci ayında olarkən evə qayıdıb və onu gözləyən sevgilisi Markus Xinohosa ilə qarşılaşıb. Kişi qızın qarnına atəş açıb. Makaylanın qardaşı Tayler dərhal bacısına köməyə qaçıb, lakin Xinohosa ona da atəş açaraq yaralayıb.

Həkimlər Makaylanın və körpəsinin həyatını xilas edə biliblər. Qadının doğuşu vaxtından əvvəl baş verib, körpənin vəziyyəti sabitdir. Qardaşı Tayleri isə xilas etmək mümkün olmayıb.

Cinayətkar hadisə yerində özünü güllələyərək intihar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar