Bu xalq inancları və əcdadların müdrikliyi ailədə harmoniya, bolluq və sakitliyi qorumağa kömək edir.
Lent.az bu günləri təqdim edir:
Evdə nə vaxt təmizlik etmək olmaz?
Təmizlik sadə bir iş kimi görünür, lakin əcdadlarımız inanırdılar ki, evin təmizlənməsi üçün hər gün münasib deyil. Ev güc və enerjinin məkanıdır, və onun daxilində edilən hər bir hərəkətin öz enerjisi var. Uyğun olmayan gündə süpürmək və ya döşəmə yumaq evin enerjisini poza, bəxti və bolluğu uzaqlaşdıra bilər. Bu günlərdə təmizlik etmək olmaz, əks halda ailədə mübahisə və maddi çətinliklər ola bilər
Bazar ertəsi yeni başlanğıcları simvolizə edir. Bu gün təmizlik aparmaq “bəxti süpürmək” kimi qəbul edilirdi. Həftənin əvvəlində zibili evdən çıxarmaq inkişaf və rifah enerjisini evdən uzaqlaşdırmaq deməkdir. Bu gün plan qurmaq, amma təmizlik etməmək daha məsləhətdir.
Cümə xalq inanclarına görə, tale ilahəsinə həsr olunmuş gündür. Bu gün su ilə əlaqəli işlər döşəmə yumaq, paltar yumaq və ya qab-qacaq təmizləmək arzuolunmaz hesab olunurdu. Çünki bu, “qadın xoşbəxtliyini, gözəlliyini və harmoniya hissini yumaq” mənasında qəbul edilirdi. Əgər təmizlik etmək vacibdirsə, bunu günortadan əvvəl etmək daha doğrudur.
Bazar günü müqəddəs istirahət günüdür. İnsanlar bu gün dincəlməli, ev işləri ilə məşğul olmamalıdırlar. İnanca görə, bazar günü təmizlik aparmaq göyləri qəzəbləndirir, nəticədə ailədə mübahisə və maddi itkilər baş verə bilər. Bu günü ailəyə, dua etməyə və ya təbiətdə gəzintiyə həsr etmək lazımdır. Belə olduqda ev öz-özünə bolluq və xoş enerji ilə dolur.
Tutulma və dolunay günləri təhlükəli sayılır. Bu dövrlərdə evin enerjisi qeyri-sabit olur. Təmizlik etmək təkcə toz və kirləri deyil, evin qoruyucu enerjisini də “yuyub aparmaq” kimi qəbul edilirdi. Buna görə də, əcdadlarımız belə günlərdə ev işlərindən uzaq durur, təbii balansı pozmamaq üçün dincəlirdilər.
Bayram və anım günləri - böyük dini bayramlarda (məsələn, Pasxa, Milad, Spas) və yaxud mərhumların anım günlərində təmizlik etmək qətiyyən olmaz. İnanclara görə, bu, evə gələn ata-baba ruhlarını “qovmaq” demək idi. Bu səbəbdən bütün ev işlərini bu günlərdən əvvəl bitirmək məsləhət görülür.
Bəs təmizlik nə vaxt xeyir gətirir?
Ən uğurlu günlər çərşənbə axşamı, çərşənbə və şənbədir. Bu günlərdə evin enerjisi təbii şəkildə təmizlənir, təmizlik isə insana rahatlıq və ilham gətirir. Əgər təmizlik zamanı pəncərələri açsanız, təzə hava evə yenilənmə və müsbət enerji gətirəcək.