Yaşıl pomidor salatı - RESEPT
13 oktyabr 2025 15:54 (UTC +04:00)

Yaşıl pomidor salatı - RESEPT

0

Bu yaşıl pomidor salatının özəlliyi ondadır ki, onu nə bişirmək, nə də qapaqla bağlamaq lazım deyil. Sadəcə tərəvəzləri doğrayın, bankaya yığın və soyuducuya (və ya zirzəmiyə) yerləşdirin. Nəticədə xırtıldayan, bir az acılı və sarımsaq ətirli mükəmməl bir salat alınır.

Lent.az bu salat reseptini təqdim edir:

Hazırlanma vaxtı:

35 dəqiqə

Qidalanma dəyəri (100 qram üçün):

23 kkal

Tərkibi:

Yaşıl pomidor - 1,2 kiloqram

Acı çili bibəri - ¼ ədəd

Sarımsaq - 6-7 diş

Təzə cəfəri - 1 dəstə

Sirkə (9%) - 3 xörək qaşığı

Bitki yağı - 3 xörək qaşığı

Şəkər - 2 xörək qaşığı

Duz - 1 xörək qaşığı

Hazırlanma qaydası

Pomidorları yuyun, sap hissəsini kəsin və kiçik dilimlərə doğrayın.

Cəfərini yuyub xırda doğrayın.

Sarımsağı təmizləyin və sarımsaq presindən keçirin.

Acı bibəri kiçik hissələrə doğrayın.

Bütün ərzaqları (pomidor, bibər, sarımsaq, cəfəri) bir qaba əlavə edin.

Üzərinə şəkər, duz, sirkə və bitki yağı töküb yaxşıca qarışdırın.

Qarışığı şüşə qaba yığın, qapaqla bağlayın və soyuducuda 1 gün saxlayın.

Bir gündən sonra salat süfrəyə hazırdır. Soyuducuda 3 aya qədər saxlanıla bilər.

Bu salat həm yeməklərin yanında iştahaaçan kimi, həm də qış üçün yüngül qəlyanaltı olaraq çox uyğundur təzə, xırtıldayan və ədviyyatlı dadı ilə sizi valeh edəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar