Boşanmaqdan bir addımla  qurtulacağınız məsləhətlər
13 oktyabr 2025 13:01 (UTC +04:00)

Boşanmaqdan bir addımla qurtulacağınız məsləhətlər

0

Amerikalı psixoloq Mark Trevers münasibətləri boşanma həddindən xilas edə bilən tək bir əsas amili açıqlayıb. Tədqiqat göstərib ki, münasibətlərin taleyini dəyişə bilən başlıca faktor ümiddir.

“Hətta böhran dövrünün başlanğıc mərhələsində belə, cüzi ümid səviyyəsi, tərəflərin bir ildən sonra münasibətləri bərpa etmək üçün çalışıb-çalışmayacağını qabaqcadan proqnozlaşdıra bilər”, –  psixoloq vurğulayıb.

Boşanma fikri - son deyil

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmanın əsas nəticələrindən biri odur ki, boşanmaq barədə düşüncələr, əslində, düşündüyümüzdən daha çox insanda yaranır və bu, münasibətin bitdiyi anlamına gəlmir.

“Əsas məsələ bu fikirləri utanmadan və gizlətmədən qəbul etməkdir. Onlara siqnal kimi baxmaq lazımdır, hökm kimi yox. Səmimi etiraf və açıq dialoq tərəflərə diqqət tələb edən məqamları anlamağa kömək edir”.

Kiçik ümid – böyük dəyişikliklərin başlanğıcı

Psixoloq qeyd edib ki, münasibətdə az da olsa dəyişikliklərə inam varsa, bu inam müsbət addımların ardıcıl zəncirini başlada bilər. Ümid insanın vəziyyətə təsir göstərə biləcəyinə inamdan doğur.

“Partnyorunuzun dəyişməsini gözləməyin, özünüzdən başlayın. Hətta kiçik addımlar, diqqətlə dinləmək, səmimi üzr istəmək və ya tənqidi azaltmaq belə münasibətlərin atmosferini dəyişə bilər. Hər kiçik uğuru qeyd edin: mübahisə əvəzinə sakit söhbət, bir təbəssüm, bir isti söz, bunlar ümid hissini möhkəmləndirir”, –  o, məsləhət görüb.

Şübhələr normaldır, amma onlar idarə etməməlidir

Mütəxəssis həmçinin vurğulayıb ki, şübhə duymaq normal haldır, lakin bu hissin sizi hərəkətsiz qoymasına imkan vermək olmaz.

“Ümid münasibətin mütləq xilasını təmin etmir, amma böhranı daha aydın düşüncə, qarşılıqlı hörmət və peşmanlıq hissi olmadan keçməyə kömək edir, əticə nə olursa-olsun”, – Trevers yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar