Türkiyədə polisin saxladığı 19 məşhur NARKOTESTDƏN   keçirilib sərbəst buraxıldı
08 oktyabr 2025 22:29 (UTC +04:00)

Türkiyədə polisin saxladığı 19 məşhur NARKOTESTDƏN keçirilib sərbəst buraxıldı

0

Türkiyədə narkotik vasitələrdən istifadəyə təşviq etmək ittihamı ilə dindirilmək üçün saxlanılan türk məşhurlar lazımi analizlər üçün Ədliyyə Tibb İnstitutuna gətirilib.

Lent.az xəbər verir ki, Dilan Polat, Engin Polat, Hadisə və İrem Derici də daxil olmaqla 19 məşhur narkoloji testlərdən keçirildikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, İstanbul Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində bu gün səhər saatlarında narkotik və ya stimullaşdırıcı vasitələrdən istifadə etməkdə təqsirləndirilən ictimai xadimlərə qarşı əməliyyat keçirilib.

***

10:01

Türkiyədə müğənni Simge Sağın da saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, müğənni digər həmkarları kimi narkotik maddələrin təbliğatında təqsirli bilinib.

***
09:38

İstanbul Baş Prokurorluğu “narkotik və ya psixotrop maddə istifadə etmək” ittihamı ilə bağlı genişmiqyaslı istintaq başladıb. 

Lent.az yerli mediaya istinadla xəbər verir ki, araşdırma çərçivəsində məşhur sənətçilər və ictimaiyyət tərəfindən tanınan 19 nəfərin ifadələrinin qan nümunələrinin alınması barədə göstəriş verilib.

Qeyd edək ki, saxlanılan şəxslər arasında İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açkgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babataş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger, Ceren Moray Orcan, Dilan Polat və əri Engin Polat da var.

Hadisə ilə bağlı istintaqın davam etdiyi, ifadə prosesi və laborator nəticələrin ardından hüquqi prosedurların müəyyənləşəcəyi bildirilir.

***

09:12

Məşhur türkiyəli müğənni İrem Derici narkotik maddələri təbliğ etmək ittihamı ilə saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, müğənni Şişli rayonundakı evində tutulub.

Hadisə ilə bağlı istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4024

Oxşar yazılar