Kenan Yıldız tarixin ən bahalı türk futbolçusu  oldu
08 oktyabr 2025 14:21 (UTC +04:00)

Kenan Yıldız tarixin ən bahalı türk futbolçusu oldu

0

“Transfermarkt”ın yenilənmiş bazar qiymətləri Kenan Yıldızın yeni dəyərini 75 milyon avroya çatdırıb. O, futbol tarixinin ən bahalı türk futbolçusu olub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Serie A klubu "Yuventus"da çıxış edən Kenan Yıldızın son dövrlərdəki təsirli çıxışları səbəbindən “Transfermarkt”dakı bazar dəyəri də sürətlə artıb.

“Transfermarkt”ın yenilənmiş bazar qiymətləri nəticəsində Kenan Yıldızın dəyəri 15 milyon avro artaraq 50 milyon avrodan 75 milyon avroya yüksəlib.

Kenan Yıldız 75 milyon avroluq yeni bazar dəyəri ilə Türkiyə futbol tarixinin ən bahalı futbolçusu olub. Onu 60 milyon avro bazar dəyəri ilə “Real”ın ulduzu Arda Gülər izləyir.

Türkiyə futbol tarixinin ən dəyərli oyunçuları aşağıdakılardır:

• Kenan Yıldız 75 milyon avro (2025)

• Arda Güler 60 milyon avro (2025)

• Hakan Çalhanoğlu 45 milyon avro (2024)

• Çağlar Söyüncü 45 milyon avro (2021)

• Orkun Kökçü 35 milyon avro (2023)

• Cengiz Üner 35 milyon avro (2018)

• Arda Turan (35 milyon avro (2015)

• Ozan Kabak 32 milyon avro (2020)

• Ferdi Kadıoğlu 30 milyon avro (2024)

• Merih Demiral 30 milyon avro (2020)


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar