Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə Bum qəsəbəsi ərazisində baş verib.
Qasımov Elvin Qasım oğlunun “VAZ-2106” markalı avtomobili idarəetmədən çıxaraq, beton dirəyə çırpılıb. Nəticədə sərnişin Hüseynov Cahid Mikayıl oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü özü və digər sərnişin Mahmudov Laçın İmam oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.