Gəncədə maşın 3 qadını  belə vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
08 oktyabr 2025 10:31 (UTC +04:00)

Gəncədə maşın 3 qadını belə vurdu - ANBAAN VİDEO - YENİLƏNİB

2

Gəncədə avtomobilin 3 piyadanı vurması ilə bağlı təfərrüat məlum olub.

Lent.az xəbər verir ki, hadisə şəhəri Ə.B.Rəfibəyli küçəsində qeydə alınıb.

Xasməmmədov Əziz Mənsur oğlunun "Haval H3" markalı avtomobili idarəetmədən çıxaraq, səki ilə hərəkətdə olan piyadalar -  Səfərova Qəribə Məcid qızı, Məmmədova İlahə Haqverdi qızı və Məmmədova Pakizə Mobil qızını vurub. Nəticədə İlahə Məmmədova və Pakizə Məmmədova xəsarətlər alıb, Qəribə Səfərova isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi açılıb.

***
7 oktyabr, saat: 12:17

Gəncədə avtomobilin 3 nəfəri vurmasının görüntüləri yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə oktyabrın 6-da saat 12 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində qeydə alınıb.

İlkin ehtimala əsasən, yüksək sürətlə hərəkət edən “Haval” markalı, 20-EF-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına anidən digər avtomobilin çıxması nəticəsində sürücü idarəetməni itirmiş və nəticədə yol kənarında hərəkət edən 3 piyadanı vurub.

Hadisə nəticəsində bir piyada hadisə yerində dünyasını dəyişib, digər iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşmaq faciəvi nəticələrə gətirib çıxarır.
Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək sadəcə vəzifə deyil, həm də hərəkət iştirakçılarının təhlükəsizliyinə göstərilən hörmətdir.

***
6 oktyabr, saat: 13:02

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Şəhər ərazisində avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. / APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 2476

Oxşar yazılar