Göyçayda DƏHŞƏT:  maşın yerdə uzanan kişinin üstündən keçdi  - YENİLƏNİB
08 oktyabr 2025 09:18 (UTC +04:00)

Göyçayda DƏHŞƏT: maşın yerdə uzanan kişinin üstündən keçdi - YENİLƏNİB

0

Göyçayda baş verən piyadavurma hadisə ilə bağlı təfərrüat məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Natavan küçəsində baş verib.

Ağayev Ağakərim Eyvaz oğlu idarə etdiyi “VAZ-2107” markalı nömrəli avtomobillə yerdə uzanıqlı vəziyyətdə olan piyada 41 yaşlı Əliyev Taleh Əliağa oğlunun üzərindən keçib. Xəstəxanaya yerləşdirilən yaralı orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

***

7 oktyabr, saat: 10:12

Göyçayda avtomobil piyadanı vurub.

Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Ağakərim Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə piyada, 41 yaşlı Taleh Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb. 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1508

Oxşar yazılar