MƏHKƏMƏ:  "Yeniyetmə qızı biz öldürməmişik" - Bakıda 22 il bağlı qalan  cinayət -  VİDEO
07 oktyabr 2025 19:27 (UTC +04:00)

MƏHKƏMƏ: "Yeniyetmə qızı biz öldürməmişik" - Bakıda 22 il bağlı qalan cinayət - VİDEO

0

Bakıda 22 il əvvəl 12 yaşlı qızın zorakılığa məruz qalıb, işgəncə ilə qətlə yetirilməsində ittiham olunan İsmayıl Quliyev və Alidə Qadaşovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bəzi məsələlər araşdırılıb. 

Daha sonra Alidə Qadaşova vəkilin suallarını cavablandıraraq bildirib ki, istintaqda verdiyi ifadələri təsdiq etmir, onları təzyiq altında verib. 

O qeyd edib ki, təzyiq altında bu ağır cinayəti törətdiyini boyununa alıb. O deyib ki, hadisə baş verən gün işdə, yeniyetmə qızı evdə tək olub. Evə gələndə, qızının yarıçılpaq vəziyyətdə olan meyitini aşkar edib. O bu məsələnin İsmayıl Quliyevlə ümumiyyətlə heç bir əlaqəsinin olmadığını, onu qəsəbə ərazisində yaşayan usta kimi tanıdığını bildirib. 

Belə olan təqdirdə prokuror məhkəmədən qadının istintaqda verdiyi ifadəsinin elan olunmasını və istintaqdakı videoçəkilişə baxış keçirilməsini istəyib. İsmayıl Quliyev hazırkı mərhələdə yox, şahidlər dindiriləndən sonra ifadə verəcəyini bildirib.
 
Növbəti proses noyabrın 11-nə təyin edilib. 
 
Cinayət hadisəsi 2002-ci il aprelin 9-da Hövsan qəsəbəsində baş verib. Sahil küçəsi, 20 ünvanında yaşayan 12 yaşlı Nübar Qadaşovanın üzərində zorakılıq əlamətləri ilə meyiti aşkar edilib. Ekspert rəyinə əsasən, onun bədən səthində bıçaq, baş nahiyəsində isə çəkiclə yetirilməyə xas xəsarətlər aşkar edilib.    
 
Qeyd edək ki, hadisədən 22 il sonra, 2024-cü ildə cinayət məsuliyyətinə İsmayıl Quliyev və Alidə Qadaşova cəlb olunublar. Onlara Suraxanı rayon prokurorluğu tərəfindən 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə yekun ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar