Bakının Nəsimi və Nizami rayonlarında naməlum şəxslər üç nəfər paytaxt sakinini aldadaraq ümumilikdə 28350 manatlarını ələ keçirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, vətəndaşların polisə müraciətləri əsasında keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Yadullayev, 38 yaşlı R.Musayev və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı N.Vəliyeva müəyyən olunaraq saxlanılıblar.
Hər üç faktla bağlı araşdırma aparılır.