Azərbaycanda ötən il 15200 nəfərdə ilk dəfə bədxassəli şiş aşkar edilib.
Lent.az-a bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin hər 100 000 nəfərinə hesabı ilə bu göstərici 149 nəfər təşkil edib. 2025-ci ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 723 nəfər olub.
Qadınlar arasında süd vəzinin, mədənin, uşaqlıq boynunun, çənbər bağırsağın, uşaqlıq cisminin, yumurtalığın, limfoid, qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların, düz bağırsağın, onunla siqmavari bağırsaq birləşməsinin, anusun, qida borusunun, kişilər arasında isə traxeya bronx və ağciyərin, mədənin, limfoid, qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların, çənbər bağırsağın, eləcə də düz bağırsağın, onunla siqmavari bağırsaq birləşməsinin, anusun, prostat vəzinin, sidik kisəsinin, qida borusunun bədxassəli şişlər ilə xəstələnmə halları daha çox olub.