Müğənni Simge  saxlanılıb? - meneceri DANIŞDI
08 oktyabr 2025 13:37 (UTC +04:00)

Müğənni Simge saxlanılıb? - meneceri DANIŞDI

0

Türkiyənin İstanbul şəhərində aparılan narkotik istintaqı çərçivəsində bəzi məşhurların saxlanılması xəbərləri fonunda müğənni Simge Sağın haqqında yayılan iddialara münasibət bildirilib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Simge Sağının meneceri Özgür Aras bu iddiaları rədd edib və onlara rəsmi şəkildə heç bir bildirişin gəlmədiyini açıqlayıb.

Aras bildirib ki, Simge hazırda həm istirahət, həm də klip çəkilişləri üçün ABŞ-də səfərdədir:

“Bizə bu məsələ ilə bağlı hər hansı rəsmi məlumat verilməyib. Vəkilimiz vəziyyəti yaxından izləyir”, – deyə o qeyd edib.

Qeyd olunur ki, İstanbul Baş Prokurorluğu tərəfindən narkotiklə əlaqədar başlanılan istintaq zamanı bir sıra tanınmış şəxslər saxlanılıb. Onların arasında İrem Derici, Hadise və Simge Sağının adları da hallanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar