Acun Ilıcalı ölüm döşəyində verəcəyi son mesajı  paylaşdı
25 sentyabr 2025 17:19 (UTC +04:00)

Acun Ilıcalı ölüm döşəyində verəcəyi son mesajı paylaşdı

0

Məşhur televiziya prodüseri Acun Ilıcalı dünyanın ən çox izlənilən YouTube proqramlarından birində qonaq olub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, proqramda ona ünvanlanan “Ölüm yatağında, ömrünüzün son dəqiqələri qaldıqda qızlarınıza və sevdiklərinizə nə demək istərdiniz” sualı ünvanlanıb.

“Onlara son tövsiyəm yaxşı insanlar olmalarıdır. Dünya çirkli bir yer, hər gün bir az da çirklənir. Uşaqlığımızda hər şey daha saf idi, indi daha çox pozulub. Sosial media və digər təsirlər dünyanı daha da xaotik hala gətirib. Bu mühitdə masum qalmaq böyük uğurdur. İstəyirəm ki, qızlarım məsum və yaxşı qalsınlar”, - o deyib.

Acun Ilıcalı ölümün kıyısından döndüğü anı ilk kez anlattı

Motosiklet sevgisi ilə bağlı yaşadığı ən təhlükəli anı da bölüşən Ilıcalı, dostu Esat ilə İstanbuldan Bodruma gedərkən az qala ölümlə üzləşdiyini etiraf edib:

“Səhər saat 6-7 idi. Yuxusuz idim, başım düşməyə başladı. Esat bunu görüb qarnıma yumruq vurdu. O an tamamilə huşumu itirmişdim. Dedi ki, ‘Səni öldürməyimi üstün tutaram, çünki əks halda ömürlük əlil qala bilərik’. Dərhal kənara çəkildik. Sonra yol kənarında bir məsciddə kaskalarımızla xalının üstündə yatdıq. O anı heç vaxt unutmuram”.

Uşaqlıq və gənclik illərində çox sayda qəza keçirdiyini, hətta nənə və babasını avtomobil qəzasında itirdiyini xatırladan Ilıcalı bütün bu ağır itkilərə baxmayaraq motosiklet sevgisindən vaz keçmədiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar